İran xəbərdarlıq etdi: Bölgədəki ABŞ bazaları hədəfə alınacaq

İran xəbərdarlıq etdi: Bölgədəki ABŞ bazaları hədəfə alınacaq
Yayınlanma tarixi: 1/14/2026 11:10:31 AM

İran ABŞ prezidenti Donald Trampın iranlı etirazçıları "nəzarəti ələ keçirməyə" çağırışına cavab verib.

İslamazeri.com xəbər verir ki, İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, ABŞ müdaxilə edərsə, İran bölgədəki ABŞ bazalarını hədəfə alacaq.

Trampın İrandakı etirazları dəstəklədiyini və "iranlılar üçün kömək yoldadır" deməsi Tehrandan reaksiya ilə qarşılanıb.

İranın müdafiə naziri Əziz Nəsirzadə Trampa cavab olaraq bildirib: "Ölkəmizə qarşı hər hansı bir hücuma sərt cavab verəcəyik. Bölgədəki bütün ABŞ bazaları və Vaşinqtona kömək edən ölkələr qanuni hədəf olacaq".

GÜNÜN MANŞETLERİ