İran Xəzəryanı ölkələrə azad iqtisadi zona yaradılmasını təklif edir

İran Xəzəryanı ölkələrə azad iqtisadi zona yaradılmasını təklif edir
Yayınlanma tarixi: 10/6/2022 8:31:20 PM

İranın birinci vitse-prezidenti Məhəmməd Müxbir Xəzər İqtisadi Forumunda Xəzər regionunda ümumi iqtisadi zona, eləcə də yaşıl gömrük dəhlizinin yaradılmasını təklif edib.

İslamazeri.com xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

“İran qonşu ölkələrlə, xüsusən də Xəzəryanı dövlətlərlə hərtərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır. Xəzəryanı ölkələrin dövlətlərinin və özəl sektorlarının ən böyük potensialından istifadə etmək üçün biz Azərbaycanda ümumi iqtisadi zona yaratmağı təklif edirik”, - Müxbir bildirib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) İkinci İqtisadi Forumu ötən gün Moskvada başlayıb və bu gün də işinə davam edir.

GÜNÜN MANŞETLERİ

MİQ üzrə vakansiya seçiminə başlanılıb
ÖLKƏ / TƏHSİL

MİQ üzrə vakansiya seçiminə başlanılıb

8/5/2026 3:47:22 PM
Suriya İraqla sərhədə qoşun yığır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriya İraqla sərhədə qoşun yığır

8/5/2026 1:46:54 PM
Sabah yağış yağacaq, güclü külək əsəcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq, güclü külək əsəcək

8/5/2026 1:24:26 PM