İran XİN başçısı Hörmüz boğazının açıldığını elan edib

İran XİN başçısı Hörmüz boğazının açıldığını elan edib
Yayınlanma tarixi: 4/17/2026 5:33:25 PM

İran XİN başçısı Hörmüz boğazının açıldığını elan edib.

İslamazeri.com xəbər verir ki, İran İslam Respublikası, Livandakı atəşkəslə eyni vaxtda strateji əhəmiyyətli Hörmüz boğazının bütün ticarət gəmiləri üçün tam açıldığını elan edib.

Qərarı İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.

İranın Xarici işlər naziri Əraqçi sosial mediada paylaşım edərək bildirib: "Livandakı atəşkəsə uyğun olaraq, Hörmüz boğazı atəşkəsin qalan hissəsi üçün bütün ticarət gəmiləri üçün tam açıq elan edildi."

Əraqçi əlavə edib ki, dəniz nəqliyyatı İran Limanları və Dənizçilik Təşkilatı tərəfindən elan edilən razılaşdırılmış marşrut vasitəsilə həyata keçiriləcək.

Tramp, İranın Hörmüz boğazını naviqasiyaya açmaq qərarı ilə bağlı Truth Social-da paylaşım edib.

Bütün mesajlarını böyük hərflərlə paylaşan Tramp, "İran Hörmüz boğazının tam açıq olduğunu və tam keçidə hazır olduğunu elan etdi. Təşəkkür edirəm!"

GÜNÜN MANŞETLERİ