İran: Yəmən böhranının hərbi həlli yoxdur.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Yəməndəki humanitar böhran və regional gərginliyin artması ilə bağlı xəbərdarlıqlar edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Səudiyyə Ərəbistanı ilə Yəmən arasında son gərginlikdən dərin narahatlığını ifadə edərək, bölgədə qeyri-sabitliyin qarşısını almaq üçün Yəmən böhranına ədalətli həll yoluna ehtiyac olduğunu vurğulayıb.
Bekayi Yəmən böhranının hərbi yolla həllinin olmadığını və dialoq prosesinə qayıtmağın və razılaşdırılmış yol xəritəsinin tam şəkildə həyata keçirilməsinin regional təhlükəsizliyin təmin edilməsi və Yəmən xalqının əzablarına son qoymağın yeganə yol olduğunu bildirib.
O, Yəmənə qarşı tətbiq edilən blokadaya və əsas ehtiyaclara çıxışa qoyulan məhdudiyyətlərə diqqət çəkərək, bunun dərin humanitar böhrana səbəb olduğunu vurğulayıb və bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına çağırıb.