İran yeni çoxfunksiyalı vertolyot istehsalına başlayır - Nazir

İran yeni çoxfunksiyalı vertolyot istehsalına başlayır - Nazir
Yayınlanma tarixi: 16.03.2024 14:17:15

İran İslam Respublikası çoxfunksiyalı yeni vertolyot istehsal edəcək.

İslamazeri.com xəbər verir ki, bunu Shafaqna-ya İranın Müdafiə Naziri General Məhəmməd Rza Aştiani bildirib.

O qeyd edib ki, hazırda bu layihə prototip mərhələsindədir.

“Vertolyotlar sahəsində özümüzü təmin edəcəyik.” – deyən İranlı nazirin sözlərinə görə, bu çoxfunksiyalı və xüsusi tapşırıqların yerinə yetirilməsi üçün hazırlanan vertolyotun istehsalı 2025-ci ildə nəzərdə tutulur.

GÜNÜN MANŞETLERİ