Livan Silahlı Qüvvələri dünən ölkənin cənubunda baş verən hücumla bağlı rəsmi bəyanat yayıb.
İslamazeri.com "Al Manar"a istinadən xəbər verir ki, Livan ordusunun baş çavuşu Əli Abdulla İsrail ordusunun həyata keçirdiyi hava zərbəsi nəticəsində qətlə yetirilib.
Məlumata görə, hücum Sayda (Sidon) şəhəri yaxınlığındakı Əl-Quneytra – Əl-Mamariyyə yolunda baş verib.
Qeyd edək ki, İsrail dəfələrlə istər Livanda, istər Fələstində atəşkəsi pozur.




