İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin 1979-cu ildə sürgündən İrana qayıdışının ildönümü münasibətilə ölkə üzrə silsilə tədbirlər keçirilir
İslamazeri.com xəbər verir ki, 12 Bəhmən tarixində (fevral 1979) başlayan tədbirlər Fəcr ongünlüyü çərçivəsində təşkil olunur və İran İslam İnqilabının qələbəsinin növbəti ildönümünə qədər davam edəcək.
Paytaxt Tehran da daxil olmaqla müxtəlif şəhərlərdə mərasimlər, toplantılar və mədəni proqramlar planlaşdırılıb.
Bu münasibətlə dövlət qurumları və ictimai təşkilatlar tərəfindən inqilabın tarixi əhəmiyyətinə həsr olunan tədbirlər keçirilir.