İranda iki kamikadze zərərsizləşdirildi

İranda iki kamikadze zərərsizləşdirildi
Yayınlanma tarixi: 14.01.2024 17:23:10

İranın Sistan və Bəlucistan əyalətində iki terrorçu kamikadze zərərsizləşdirilib

İslamazeri.com xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətində Səravan  şəhərində iki terrorçu kamikadze zərərsizləşdirilib.

Bu barədə əyalət valisinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Əlirza Mərhəməti bildirib.

O qeyd edib ki, kamikadzelər əyalətdə terror aktı törətmək istəyirlərmiş.

Onların üzərlərindəki partlayıcı terror aktını icra etməmişdən öncə işə düşüb.

Hər iki terrorçu zərərsizləşdirilib.

GÜNÜN MANŞETLERİ