İrandan ABŞ və müttəfiqlərinə SƏRT XƏBƏRDARLIQ

İrandan ABŞ və müttəfiqlərinə SƏRT XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 5/19/2026 10:00:13 AM

Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi ABŞ və müttəfiqlərinə qarşı sərt açıqlamalar verib.

İslamazeri.com xəbər verir ki, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Abdullahi ABŞ və müttəfiqlərinə daha bir strateji səhvə yol verməmək barədə xəbərdarlıq edib.

General-mayor Abdullahi İran Silahlı Qüvvələrinin keçmişdən daha güclü və daha yaxşı hazırlıqlı olduğunu bildirərək deyib: "Biz bir daha ABŞ-ı və müttəfiqlərini daha bir strateji səhv və səhv hesablama etməmələri üçün xəbərdar edirik".

İranlı komandan ölkənin silahlı qüvvələrinin ayıq və vəzifəyə hazır olduğunu bildirərək əlavə edib ki, İran ərazisinə edilən hər hansı yeni hücum sürətli, qətiyyətli, güclü və hərtərəfli cavabla qarşılanacaq.

General-mayor Abdullahi açıqlamasında deyib: "Amerika və sionist düşmənləri İran xalqını və onun güclü silahlı qüvvələrini dəfələrlə sınaqdan keçiriblər".

İranın döyüş meydanında hərbi gücünü sübut etdiyini iddia edən komandan dedi: "Əgər düşmənlərimiz daha bir səhvə yol verərsə, biz buna keçmişdə tətbiq edilən müharibələrdən daha güclü cavab verəcəyik".

General-mayor Abdullahi həmçinin bildirib ki, İran xalqının hüquqlarını bütün gücü ilə müdafiə edəcək və istənilən təcavüzkarın əlini kəsəcək.

GÜNÜN MANŞETLERİ