İran Avropaya İsrail və ABŞ-ın əməliyyatlarına qoşulmamaq barədə xəbərdarlıq edib.
İslamazeri.com xəbər verir ki, İran Avropa ölkələrini mümkün hərbi müdaxilədən çəkinməyə çağırıb və belə addımın müharibə aktı kimi qiymətləndiriləcəyini bildirib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropanın müharibəyə qoşulmasının mümkünlüyünə münasibət bildirərkən danışıb.
Onun sözlərinə görə, İrana qarşı istənilən hərbi addım təcavüzkarlarla əlbir olmaq kimi dəyərləndiriləcək.
“Bu, müharibə aktı olardı. İrana qarşı istənilən bu cür hərəkət təcavüzkarlarla əlbir olmaq kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə hesab ediləcək”, – deyə Bəqayi xəbərdarlıq edib.