İrandan Azərbaycana ümumilikdə mindən çox insan təxliyə edilib

İrandan Azərbaycana ümumilikdə mindən çox insan təxliyə edilib
Yayınlanma tarixi: 3/4/2026 8:13:25 PM

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

İslamazeri.com-un verdiyi xəbərə görə, İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Məlumata əsasən, 28 fevral 8.00-dan – 4 mart saat 18:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1249 nəfər təxliyə olunub.

Belə ki, 400 Çin, 249 Rusiya, 256 Azərbaycan, 105 Tacikistan, 80 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran 4 İordaniya, 4 İsveçrə,4, Nigeriya, 4 Yaponiya vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Fillipin və Qazaxıstan hər biri üzrə 3 vətəndaş, Nepal, Türkiyə, Yəmən, Qırğızıstan və İtaliyanın üzrə isə hər biri üzrə 2 vətəndaş yer alıb. Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Böyük Britaniya, Myanma, Maldiv Adaları, Cənubi Afrikan, Kuba və Ukrayna isə hər biri üzrə 1 nəfər təxliyə edilib.

GÜNÜN MANŞETLERİ