İrandan BMT-nin Qadınlar üzrə Komissiyasından çıxarılmasına münasibət

İrandan BMT-nin Qadınlar üzrə Komissiyasından çıxarılmasına münasibət
Yayınlanma tarixi: 15.12.2022 13:14:14

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) İrana qarşı qərarını kəskin şəkildə pisləyib.

İslamazeri.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) İran əleyhinə qərarını “siyasi və qeyri-legitim” adlandırıb.

“BMT Nizamnaməsinə zidd olan bu cür qərarlar beynəlxalq qurumlarda yanlış prosedurun yaranmasına səbəb olur” deyən Kənani ABŞ-ın təklifi ilə BMT-nin İqtisadi və Sosial Şurasında İrana qarşı qəbul edilən qərarı şiddətlə qınayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın təklifi ilə BMT-nin 54 üzvü olan İqtisadi və Sosial Şurasının verdiyi səsvermə nəticəsində İranın Qadının Statusu Komissiyasından çıxarılmasına qərar verildiyini açıqlayıb.

İştirakçı üzv dövlətlərdən 29-u İranın çıxarılmasına səs verib, 16-sı isə bitərəf qalıb. Boliviya, Çili, Qazaxıstan, Nikaraqua, Nigeriya, Oman, Rusiya və Zimbabve qətnamənin əleyhinə səs verib.

GÜNÜN MANŞETLERİ