İrandan cavab hücumu: ABŞ-a məxsus aviabaza hədəfə alındı
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ ordusunun Hörmüzqan əyalətindəki Sirik adasında rabitə qülləsinə hücum etdiyi aviabazanı hədəf aldığını açıqlayıb.
İİKK-nın İctimaiyyətlə Əlaqələr Bölməsi tərəfindən yayımlanan açıqlamada bildirilir ki, ABŞ ordusunun Hörmüzqan əyalətindəki Sirik adasında rabitə qülləsinə hücumundan sonra cavab zərbəsi endirilib.
Bəyanatda İİKK Aerokosmik Qüvvələrinin hücumun həyata keçirildiyi aviabazanı hədəf aldığı və əvvəlcədən müəyyən edilmiş hədəfləri məhv etdiyi bildirilir.
İİKK Aerokosmik Qüvvələri həmçinin xəbərdarlıq edib ki, ABŞ oxşar hücumları təkrarlayarsa, İranın cavabı tamamilə fərqli olacaq.
Bəyanatda əlavə edilib ki, belə bir hücumun nəticələrinə görə məsuliyyət "aqressiv və uşaq öldürən ABŞ rejiminin" üzərinə düşəcək.