Rizai: Tramp ya quduz itini cilovlamalı, zərbə vurulacağını gözləməlidir.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Livandakı son hadisələr və İsrail hücumları ilə bağlı şərh verərək, bu hərəkətlərin cəzasız qalmayacağı barədə xəbərdarlıq edib.
İSNA agentliyinin məlumatına görə, Rzayi Livandakı mövcud vəziyyətə toxunaraq Hizbullah döyüşçülərinin son günlərdə uğurlu əməliyyatlar həyata keçirdiyini və İsrail rejiminə ağır itkilər verdiyini bildirib. Bununla belə, Rzayi həmçinin Livan xalqının, ölkəsinin və Hizbullahın çətin günlərdən keçdiyini etiraf edib.
İranın Livana dəstəyinin sarsılmaz olduğunu vurğulayan Rzayi, İran İslam Respublikasının əvvəldən Livan xalqına və Hizbullaha dəstəyini bəyan etdiyini xatırladıb.
Rzayi Hizbullahın fədakarlıqlarını heç vaxt unutmayacaqlarını bildirib və deyib: "Onlar ən çətin günlərimizdə bizim yanımızda idilər; biz bütün gücümüzlə Livanlı qardaş və bacılarımızın, xüsusən də Hizbullahın yanında olacağıq".
İsrail hücumlarına verilən cavaba toxunan sözçü Rizai bildirib ki, Livanı dəstəkləyən İran xalqı bu hücumların cavabsız qalmayacağına əmin olmalıdır.
Rizai deyib: "Ya Tramp bölgədəki bu quduz iti cilovlamalıdır, ya da İsrail rejimi İslam müqavimətinin qətiyyətli cavabını və sərt şilləsini gözləməlidir."
ABŞ ilə davam edən və ya potensial danışıqlara münasibət bildirən Rizai mümkün danışıqların nəticəsinə optimist yanaşmadıqlarını qeyd edib.
ABŞ-ın keçmişdə öhdəliklərini yerinə yetirməməsi və son ziddiyyətli açıqlamalarına toxunan Rizai, razılığa gəlməyin son dərəcə çətin olacağını və razılığa gəlinsə belə, onun həyata keçirilməsi üçün kifayət qədər zəmanət və etibarlılığa malik olmayacağını bildirib.
İran İslam Respublikasının danışıqlardakı qırmızı xətlərinin aydın olduğunu vurğulayan Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rizai, İran diplomatlarının qətiyyətli qalmasını və bu xətlərdə güzəştə getməməsini gözlədiklərini bildirib.
Rizai çıxışını belə yekunlaşdırdı: "Qərar verməli olanlar amerikalılardır; ya diplomatlarımıza təslim olacaqlar, ya da təslim olmasalar, raketlərimizə tabe olmalı olacaqlar".