İranın koordinasiya etdiyi daha bir neft tankeri Hörmüz boğazından keçib.
İslamazeri.com xəbər verir ki, VLCC sinifli neft tankeri İran tərəfindən təyin olunmuş marşrutla Hörmüz boğazından keçib.
"Agois Fanourios I" adlı çox böyük xam neft tankeri (VLCC) bazar günü İran tərəfindən təyin olunmuş dəniz marşrutu ilə Hörmüz boğazından keçərək Oman körfəzinə təhlükəsiz şəkildə çatıb.
İraq xam neftini daşıyan tanker hazırda Oman körfəzindədir və bildirilir ki, Vyetnamdakı Naqi Son limanına doğru səyahətini davam etdirir.
Bildirilib ki, regionda dəniz nəqliyyatı müəyyən edilmiş beynəlxalq və regional koordinasiya çərçivəsində davam edir.