İranın qırmızı xətləri ABŞ-a çatdırılıb

İranın qırmızı xətləri ABŞ-a çatdırılıb
Yayınlanma tarixi: 4/27/2026 11:45:20 AM

İranın qırmızı xətləri ABŞ-a çatdırılıb.

İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistan vasitəsilə ABŞ-a nüvə məsələləri, Hörmüz boğazı və digər müxtəlif məsələlərlə bağlı ölkəsinin qırmızı xətlərini əks etdirən məktub təqdim etdiyi bildirilir.

Abbas Əraqçinin Pakistana səfəri, Omana səfərindən sonra diplomatik əlaqələri davam etdirmək üçün ikinci səfəri idi.

Məlumatda bildirilirdi ki, Əraqçi Pakistan vasitəsilə ABŞ-a ölkəsinin nüvə proqramı, regional inkişaflar və xüsusilə Hörmüz boğazı ilə bağlı "qırmızı xətlərini" əks etdirən məktub çatdırıb.

Əraqçinin səfəri zamanı İslamabadda Asim Munirlə görüşdüyü açıqlanıb. Görüşdə regional təhlükəsizlik və diplomatik proseslər müzakirə edildiyi bildirilir.

İran mediası Əraqçinin Omandakı yüksək səviyyəli təmaslarından sonra Pakistana qayıtmasının birbaşa nüvə danışıqları ilə əlaqəli olmadığını bildirib.

Səfər əvvəlki təmasların davamı kimi qeyd edilib və regional diplomatiya çərçivəsində həyata keçirilib.

GÜNÜN MANŞETLERİ