İranlı generaldan ABŞ-ın təhdidlərinə SƏRT CAVAB
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri komandanı briqada generalı Məcid Musəvi sosial media hesabı vasitəsilə ABŞ-ın təhdidlərinə sərt cavab verib.
Briqada generalı Musəvi paylaşımında bildirib: “İrana qarşı hər hansı bir təhdidə qəti və sərt bir cavab ilə qarşılıq veriləcək. Liderimizin dediyi kimi, sizinlə danışıqlara etibar etmirik, amma Allahın gücünə, İran xalqına və döyüşçülərimizə inanırıq.
İran çoxdan o zəiflik və təslim olma dövrünü geridə qoyub. Harada olursunuzsa olun, nə vaxt istəsək, bütün gücümüzlə cavab verəcəyik.”