İranlılar general Süleymaninin məzarını ziyarət edirlər

İranlılar general Süleymaninin məzarını ziyarət edirlər
Yayınlanma tarixi: 1/2/2023 3:10:33 PM

İran İslam Respublikasında general Qasim Süleymaninin terrora məruz qalmasının üçüncü ildönümü münasibətilə on minlərlə insan bu böyük sərkərdənin məzarının ziyarətinə axışıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehran və general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri daxil olmaqla əksər bölgələrdə mərhum generalın ildönümü ilə bağlı tədbirlər keçirilib.

Məlumata görə dünən Kerman şəhərində mərhum generalın dəfn edildiyi məzarlığa 25 min insan gəlib.

Yerli iranlı zəvvarlardan əlavə İraq, Livan, Suriya və digər ölkələrdən olan vətəndaşlar da şəhid generalın məzarını ziyarət etmək üçün Kermana yollanıblar.

Ötən gün Tehranda Qasim Süleymaninin ailəsi və yaxınları İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüblər.

Ayətullah Xamenei görüş zamanı Süleymaninin Suriya, Yəməndəki nailiyyətlərindən danışaraq, İraqda İŞİD-in məhv edilməsindəki rolunun böyük olduğunu bildirib.

Qeyd edək ki, General Süleymaninin sui-qəsdə məruz qalmasının ildönümü 3 yanvara təsadüf edir.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM