İraq müqaviməti Colaniyə xəbərdarlıq etdi: Ərazinizi od halqasına çevirərik!

İraq müqaviməti Colaniyə xəbərdarlıq etdi: Ərazinizi od halqasına çevirərik!
Yayınlanma tarixi: 3/12/2026 11:10:01 AM

İraq müqaviməti Colaniyə xəbərdarlıq edib.

İslamazeri.com xəbər verir ki, İraqdakı müqavimət qruplarını birləşdirən İraq Müqavimət Koordinasiya Komitəsi, Suriyadakı HTŞ rejiminin Livan sərhədində hərbi qüvvələrinin artırılması ilə bağlı sərt bir bəyanat yayıb.

Komitənin tərkibinə Hizbullah Briqadaları, Nucaba Hərəkatı, Əsaib Əhli-Haq və Seyyid əş-Şühəda kimi qrupların daxil olduğu bildirilir.

Bəyanatda deyilir: “Əl-Colani kimi tanınan şəxsə bildiririk ki, Livan ərazisinə qarşı sionist-amerikan düşməni ilə koordinasiyalı şəkildə və hər hansı bir bəhanə ilə edilən hər hansı bir düşmənçilik hərəkəti Müqavimət Oxuna qarşı müharibə elanı hesab ediləcək”.

Bəyanatda həmçinin Hizbullahı və ya müqavimət qüvvələrini hədəf almaq üçün edilən hər hansı bir cəhdin ağır nəticələrə səbəb olacağı vurğulanıb.

Komitə bildirib ki, “Əgər müqavimət qüvvələrini və ya Hizbullahı hədəf almağa cəhd etsəniz, İraq İslam Müqavimət hərəkatı sizi əzmək gücünə malikdir”.

Suriyadakı HTŞ rejimini də hədəf alan bəyanatda deyilir: “Suriyadakı yeni hakimiyyətin xəyanətini görürük və onun düşmənlə koordinasiyasını izləyirik”.

Komitənin bəyanatı aşağıdakı xəbərdarlıqla başa çatdı:

“Biz açıq şəkildə bildiririk: Əgər Livanın suverenliyini pozmağa cəsarət etsəniz, ərazinizi od halqasına çevirəcəyik.”

GÜNÜN MANŞETLERİ