İraqın Baş naziri Əli Zeydi sabah İrana səfər edəcək.
İslamazeri.com xəbər verir ki, İraq Baş naziri Əli Zeydi sabah, cümə axşamı İran Prezidenti Məsud Pezeşkiyanın dəvəti ilə Tehrana səfər edəcək.
İraq hökumətinin sözçüsü Heydər əl-Əbudi İraq Baş naziri Əli Zeydinin sabah İrana rəsmi səfər edəcəyini açıqladı.
Əbudi açıqlamasında Baş nazir Zeydinin İran Prezidentinin dəvəti ilə sabah (cümə axşamı) Tehranda danışıqlar aparacağını bildirdi. Səfər barədə məlumat verən sözçü Tehranda keçiriləcək görüşlərin gündəliyinə ticarət, nəqliyyat və təbii qaz idxalı kimi məsələlərin daxil olduğunu bildirdi.
İraq sözçüsü həmçinin Baş nazir Zeydinin ayın sonunda Türkiyə və Suriyaya səfər edəcəyini bildirib.
Zeydinin Türkiyə və Suriyaya səfərlərinin dəqiq tarixləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.