İŞİD terrorçuları İraq ordusunun hərbi bazasına hücum edib

İŞİD terrorçuları İraq ordusunun hərbi bazasına hücum edib
Yayınlanma tarixi: 10/28/2021 4:56:20 PM

Hücumun dəf edilməsinə hərbi təyyarələrin cəlb olunduğu bildirilir.

İŞİD silahlılarının Bağdadın şimalında yerləşən hərbi bazaya hücumu nəticəsində iki hərbçi həlak olub.

İslamazeri.com AZƏRTAC-a istinadla xəbər verir ki, hücuma İraq ordusunun Ər-Raşidiyyə rayonundakı 11-ci diviziyası məruz qalıb. Hücumun dəf edilməsinə hərbi təyyarələr cəlb olunub.

Bu ərəfədə qruplaşma Əl-Mikdadiyyə şəhəri yaxınlığında yerləşən Əl-Havaşa kəndinə hücum edərək 14 dinc sakini qətlə yetirib, 15 nəfəri yaralayıb, üç nəfəri isə girov götürüb.

Qeyd edək ki, İŞİD silahlıları 2014-cü ilin yay aylarında İraq ərazisinin təxminən üçdə birini ələ keçirməyə nail olmuşdu. İyun ayında ölkənin ikinci böyük şəhəri Mosula daxil olan qruplaşma onu “qurduqları xilafətin” paytaxtı elan etmişdi. 2015-ci ildə İraqın hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlamış, 2017-ci ilin dekabrında isə sabiq Baş naziri Heydər əl-Abadi qruplaşmanın tam məğlubiyyətə uğradığını bildirmişdi.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM