Növbəti görüşün vaxtı məlum deyil...
İslamazeri.com xəbər verir ki, İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanın paytaxtında keçirilən 21 saatlıq gərgin diplomatik marafon, Vaşinqtonun konstruktiv təkliflərə deyil, birtərəfli tələblərə üstünlük verməsi səbəbindən nəticəsiz başa çatıb.
Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti danışıqlar boyu bir neçə yeni təşəbbüs irəli sürərək prosesi dalandan çıxarmağa çalışsa da, ABŞ tərəfi reallıqdan uzaq və həddindən artıq tələblər xəttini davam etdirib. İran tərəfi hələ müzakirələrin əvvəlində Vaşinqtonun öhdəliklərini pozmasına rəsmi İslamabad vasitəsilə sərt etirazını bildirib.
İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, bəzi texniki məsələlərdə irəliləyiş olsa da, strateji mövzularda milli maraqlardan geri addım atılmayacaq. Pakistanın son ana qədər davam edən vasitəçilik səyləri və mətn mübadiləsi də ABŞ-ın güzəştsiz mövqeyi səbəbindən prosesi xilas edə bilməyib.
Hazırda Amerika nümayəndə heyəti İslamabadı tərk edib. Növbəti görüşün vaxtı məlum deyil, lakin rəsmi Tehran xalqın maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini və regional müttəfiqlərlə məsləhətləşmələri davam etdirəcəyini bəyan etməklə, hər bir ssenariyə hazır olduğunu bildiriblər.