İslamabadda kritik görüş: İranın daxili işlər naziri Şahbaz Şəriflə görüşüb

İslamabadda kritik görüş: İranın daxili işlər naziri Şahbaz Şəriflə görüşüb
Yayınlanma tarixi: 7/21/2026 5:11:03 PM

İranın daxili işlər naziri Şahbaz Şəriflə görüşüb.

İslamazeri.com xəbər verir ki, İranın daxili işlər naziri İskəndər Mumini rəsmi səfəri çərçivəsində İslamabadda Pakistanın baş naziri Şahbaz Şərif ilə görüşüb.

Mumini dünən axşam rəsmi səfər üçün Pakistana gəlib.

O, bu səfəri Pakistanın daxili işlər naziri Möhsün Nəqəvinin dəvəti ilə edib.

Mumini əvvəlcə Pakistanın Ordu Qərargah rəisi Asim Munir ilə görüşüb.

İranlı nazir daha sonra Pakistanın baş naziri Şahbaz Şərif ilə görüşüb.

18 iyunda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında 14 maddəlik anlaşma memorandumu imzalanıb və texniki səviyyədə sülh danışıqları aparılıb. Bu danışıqlarda çıxılmaz vəziyyət yarandıqdan sonra ABŞ 7 iyulda İrana hücumlarını bərpa edib.

GÜNÜN MANŞETLERİ