İspaniya: ABŞ və İsrailin İrana hücumu barbarlıqdır!

İspaniya: ABŞ və İsrailin İrana hücumu barbarlıqdır!
Yayınlanma tarixi: 3/10/2026 2:30:01 PM

İspaniya: ABŞ və İsrailin İrana hücumu BMT Nizamnaməsini pozur.

İslamazeri.com xəbər verir ki, İspaniya Baş nazirinin müavini ABŞ və sionist rejimin İrana hücumunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması kimi qiymətləndirib.

İspaniya Baş nazirinin müavini Yolanda Diaz Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni ABŞ və İsrailin İrana hücumlarını dəstəklədiyinə görə tənqid edib.

Diaz bildirib ki, "Beynəlxalq hüquq qaydalarına hörmət vacibdir və bundan kənar hər şey barbarlıqdır".

İspaniya rəsmisi ABŞ və İsrailin İrana hücumunu qanunsuz adlandıraraq deyib: "Bu müharibə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və Avropa Komissiyasının prezidenti onun müdafiəçisi olmamalıdır".

Xatırladaq ki, bundan əvvəl İspaniya hökuməti ABŞ-ın öz bazalarından İrana hücum etmək üçün istifadə etməsinə icazə verməyəcəyini bildirmişdi.

GÜNÜN MANŞETLERİ