İspaniyada istidən ölənlərin sayı 1029 nəfərə çatıb

İspaniyada istidən ölənlərin sayı 1029 nəfərə çatıb
Yayınlanma tarixi: 7/1/2026 5:36:57 PM

İspaniyada istidən ölənlərin sayı 1029 nəfərə çatıb.

İslamazeri.com xəbər verir ki, İspaniyada iyun ayında müşahidə olunan güclü istilər nəticəsində 1029 nəfərin həyatını itirdiyi açıqlanıb.

Ölkənin Səhiyyə Nazirliyinin gündəlik ölüm monitorinqi sisteminin məlumatına əsasən, bu göstərici 2015-ci ildən bəri iyun ayı üzrə istilərlə əlaqələndirilən ən yüksək ölüm sayıdır.

İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) isə bildirib ki, ötən ay ölkədə orta hava temperaturu iqlim normasından 3,2 dərəcə Selsi yüksək olub. Bu göstərici ilə builki iyun ayı 2025-ci ildən sonra müşahidələr tarixində qeydə alınan ikinci ən isti iyun kimi tarixə düşüb.

GÜNÜN MANŞETLERİ