İsrail daha 28 fələstinlini qətlə yetirdi

İsrail daha 28 fələstinlini qətlə yetirdi
Yayınlanma tarixi: 2/1/2026 10:19:20 AM

Qəzza zolağında 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs, bu səhər İsrail ordusunun başlatdığı ağır bombardmanla yenidən pozuldu. Çadır düşərgələrindən mülki yaşayış məntəqələrinə və polis bölmələrinə qədər müxtəlif hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 28 fələstinli şəhid oldu.

İslamazeri.com xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin rəsmi açıqlamasına görə, İsrail ordusu şəhərin şimalından cənubuna qədər çoxsaylı yerləri hava hücumları və pilotsuz təyyarələrlə hədəfə alıb və ümumi ölənlərin sayı 28-ə çatıb.

Qatil İsrail ordusuna məxsus pilotsuz təyyarə Xan Yunisin cənubundakı Əsdə bölgəsindəki məcburi köçkünlərin yerləşdiyi çadırı hədəfə alıb. Nasir Xəstəxanasındakı mənbələrə görə:

Hücumda qadın və uşaqlar da daxil olmaqla eyni ailədən yeddi nəfər şəhid olub.

Dağıntılar və dağıdılmış çadırlar altından çıxarılan altı yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hücumların digər hədəfi Qəzza şəhər mərkəzi olub. Rimal və Nasser məhəllələrində mülki yaşayış yerlərini hədəf alan əməliyyatlar ölənlərin sayını artırıb:

Rimal məhəlləsində bir mənzilə edilən hava hücumu nəticəsində 3 uşaq və 2 qadın da daxil olmaqla 5 nəfər həlak olub.

Nasser məhəlləsində bir evə edilən pilotsuz təyyarə hücumu nəticəsində 3 fələstinli həlak olub.

Günün ən çox ölüm sayı Şeyx Radvan məhəlləsində qeydə alınıb. İsrail döyüş təyyarələri ərazidəki polis bölməsini birbaşa hədəfə alaraq dağıdıb. İlkin məlumatlara görə, bölmədə 13 nəfər həlak olub və bir çox yaralı mülki müdafiə qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xameneidən müharibə açıqlaması
REGİON / İRAN

Ayətullah Xameneidən müharibə açıqlaması

2/1/2026 2:23:59 PM
Bəzi yerlərdə qar yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Bəzi yerlərdə qar yağacaq - PROQNOZ

2/1/2026 1:50:01 PM
Bu gün Beynəlxalq Hicab Günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün Beynəlxalq Hicab Günüdür

2/1/2026 1:08:59 PM
İranda
REGİON / İRAN

İranda "Fəcr ongünlüyü" tədbirləri başladı

2/1/2026 10:43:22 AM