İsrail Dəməşqə hava hücumu edib

İsrail Dəməşqə hava hücumu edib
Yayınlanma tarixi: 19.07.2023 11:28:26

Sionist rejim qüvvələrinin paytaxt Dəməşq yaxınlığında hava hücumları təşkil etdiyi bildirilib.

İslamazeri.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, sionist İsrail Dəməşq xaricindəki yaşayış məntəqələrinə hücum edib, hava hücumundan müdafiə sistemləri isə raketlərə cavab verib.

Məlumata görə, hücumlar zamanı səmada partlayışlar baş verib.

Suriya Müdafiə Nazirliyi verdiyi açıqlamada hücumda iki əsgərin yaralandığını bildirib:

"Düşmən İsrail işğal altındakı Qolan təpələrinin şimal hissəsindən Dəməşq yaxınlığındakı bəzi hədəfləri vuran raket zərbəsi ilə hava zərbəsi endirib.

Hava hücumundan müdafiə sistemlərimiz hücumçunun raketlərinə cavab verdi və onların əksəriyyətini vurdu. Hücum nəticəsində iki əsgərimiz yaralanıb".

GÜNÜN MANŞETLERİ