İsrail fələstinlilərin çadırlarına hücum edib.
İslamazeri.com xəbər verir ki, rəsmi Fələstin xəbər agentliyi WAFA-nın səhiyyə mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin şərqinə və Xan Yunisin cənubuna artilleriya hücumları nəticəsində doqquz fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
İsrail artilleriyasının Qəzza şəhərinin şərqindəki Zeytun və Tuffah məhəllələrində mülki çadırları və evləri hədəf alması nəticəsində bir uşaq da daxil olmaqla beş fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
İsrailin Xan Yunisin cənubundakı Kizan Raşvan ərazisindəki köçkün mülki şəxslərin yerləşdiyi çadırlara artilleriya hücumu nəticəsində daha dörd fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.