İsrail həbsxalanarındakı fələstinli xanımların sayı 90 nəfərə çatıb

İsrail həbsxalanarındakı fələstinli xanımların sayı 90 nəfərə çatıb
Yayınlanma tarixi: 4/23/2026 10:07:00 AM

İsrailin həbsxalanarındakı fələstinli xanımların sayı 90 nəfərə çatıb.

İsrailin həbsxalanarındakı fələstinli xanımların sayı 90 nəfərə çatıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Əsirlər Cəmiyyətindən məlumat verilib.

Qeyd edilib ki, “işğalçı İsrail rejiminin qadınları hədəf alan sistematik və davam edən həbslərinin sayı artır”.

Həmin fələstinli xanımların arasında 2 uşaq, üç aylıq bir hamilə, 3 jurnalist, 2 xərçəng xəstəsinin olduğu əlavə edilib.

İsrailin həbs etdiyi fələstinli xanımlar aclıqla, həmçinin tibbi laqeydlik və pis rəftar kimi ağır saxlanma və həbs şəraiti ilə üzləşirlər, bununla yanaşı, onlar təcrid və çılpaq axtarış kimi hücumlara da məruz qalırlar.

Qəzzəyə hücumların başladığı oktyabr 2023-dən bəri qadınlara yönəlik saxlamaların artdığı, Qüds daxil olmaqla işğal altındakı Qərb Şəriə və 1948 torpaqlarında bu müddətdə 700-dən çox qadının saxlanıldığı bildirilib.

Həmin xanımların hamısı Qərb sahili bölgəsində yaşayan fələstinlilərdir.

İsrailin Qəzza zolağında həyata keçirdiyi saxlamalarla bağlı isə dəqiq statistikanın olmadığı ifadə edildi.

Hazırda İsrail həbsxanalarındakı fələstinlilərin ümumi sayı 9 600-dən çoxdur.

GÜNÜN MANŞETLERİ