İsrail “Hizbullah”la müharibədə ağır itkilər verir.
İsrail ordusu Livanın “Hizbullah” hərəkatı ilə döyüşlər zamanı böyük və ağır itkilər verir.
İslamazeri.com xəbər verir ki, bu barədə ABŞ-ın “Military Watch Magazine” (MWM) nəşri İsrail mənbələrinə istinadən yazır.
Məqaləyə görə, Livanın şiə döyüşçüləri əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarından (PUA və dron) istifadə edərək İsrail ordusunun ağır texnikasını və canlı qüvvəsini məhv edirlər.
Qeyd olunur ki, İsrailin qabaqcıl texnikası — “Merkava IV” tankları, “Caterpillar D9” zirehli buldozerləri və “Namer” zirehli transportyorları “Hizbullah”ın zərbələri qarşısında aciz qalır.
Eyni zamanda, Livanın “Hizbullah” hərəkatı öz hərbi əməliyyatlarını, həmçinin İsrailin uğursuzluqlarının hamısını videoya çəkir, həmin görüntülər isə internetdə sürətlə yayılır.
Nəşrin mənbələri bildirirlər ki, İsrail ordusunun hazırkı itkiləri təxminən son 50 ilin rekord səviyyəsinə çatıb.