İsrail İbrahim məscidini müsəlmanların üzünə bağlayıb

İsrail İbrahim məscidini müsəlmanların üzünə bağlayıb
Yayınlanma tarixi: 18.08.2023 12:17:00

Sionist rejim yəhudilərin bayramını əsas gətirərək İordan çayının qərb sahilinin Hebron şəhərindəki İbrahim məscidini bağlayıb.

İslamazeri.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn İsrail qüvvələrinin yəhudilərin bayramını əsas gətirərək, İbrahim məscidini müsəlmanların üzünə bağlamasını pisləyib.

Mövzu ilə bağlı dünən (17 avqust cümə axşamı) verdiyi açıqlamada Hüseyn İbrahim məscidinin müsəlmanların üzünə bağlanmasının azan oxunmasına mane olduğunu, yəhudilərin isə istədikləri kimi ayinlərini icra etmələrinə icazə verildiyini bildirib.

Səmavi dinlərin ibadət yerlərinə toxunmağı qadağan etdiyini qeyd edən Hüseyn, sionist İsrailin bu həqiqəti görməməzlikdən gəldiyini bildirib.

Müsəlmanların ibadət yerlərinə girməsinə mane olan pozuntulara son qoyulmalı olduğunu ifadə edən Hüseyn, sionist İsrailin İbrahim məscidini bağlamaq üçün irəli sürdüyü səbəblərin qəbuledilməz olduğunu bildirib.

İşğalçı sionist rejim qüvvələri çərşənbə axşamı günündən etibarən İbrahim məscidini bir gün bağlı saxladıqları halda, yəhudilərin bayramını əsas gətirərək, məscidi yəhudi köçkünlərin üzünə açıblar.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55