İsrail Livanda atəşkəsi pozmağa davam edir

İsrail Livanda atəşkəsi pozmağa davam edir
Yayınlanma tarixi: 4/29/2026 12:11:08 PM

İsrail ordusu Livanın cənubuna hava hücumları təşkil edərək atəşkəsi pozub.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, sionist İsrail ordusu Livanın cənubuna hava hücumları təşkil edərək atəşkəsi pozub.

Əl-Cəzirə müxbiri Livanın cənubundakı Məcdəl Salem, Şakra, Tabnin və Sultaniyyə ərazilərinin bombalandığını bildirib.

Bu arada, sionist rejimin ordusu Bent Cəbil üçün təxliyə xəbərdarlığı edib.

İşğal ordusunun sözçüsü Ədrai həmçinin Qanduriyyə, Burc Qalavey, Qalavey, Sovanə, Cimcimiyyə, Safed əd-Biddih, Bəraşit, Şakra, Aita əl-Cəbəl, Tabnin, Sultaniyyə, Bir əs-Sanabil, Dunin, Xirbət Silm, Sila və Deyr Kifa şəhərlərinin sakinlərindən evlərini tərk etmələrini istəyib. Ədrai İsrail ordusunun bu şəhərlərə intensiv hücumlar təşkil edəcəyini bildirib və Livan sakinlərini Sidon şəhərinə getməyə çağırıb.

Ədrai Hizbullahın atəşkəs razılaşmasını pozduğunu iddia edib.

İsrail ordusunun hücum təhlükəsi ilə üzləşən şəhərlər onun Livanın cənubunda işğal etdiyi ərazilərin xaricində yerləşir.

ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqladı.

GÜNÜN MANŞETLERİ