İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
Yayınlanma tarixi: 5/22/2026 2:37:59 PM

Livanda təcili yardım heyətinə qarşı İsrail hücumu nəticəsində iki tibb işçisi həlak olub.

İslamazeri.com xəbər verir ki, atəşkəsə baxmayaraq, Livanın cənubundakı Tir şəhərində yaralı bir şəxsə yardım göstərən təcili yardım heyətinə İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində iki tibb işçisi həlak olub.

İsrail ordusu 17 apreldə qüvvəyə minən və 17 may tarixindən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq Livana hücumlarını davam etdirir.

Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail pilotsuz təyyarəsi Tirdəki Deyr Qan əl-Nəhr və Burj Rahhal şəhərlərini birləşdirən yolda bir motosikleti hədəf alıb.

Hücumdan sonra motosikletçini müalicə etmək üçün əraziyə tibb qrupları göndərilib.

Lakin tibb qrupları yaralı şəxsə çatmağa çalışarkən İsrail pilotsuz təyyarəsi başqa bir hücum təşkil edib.

Əməl Hərəkatı ilə əlaqəli olan Risale təşkilatının mülki müdafiə və təcili yardım bölməsindən verilən açıqlamada hücumda iki səhiyyə işçisinin şəhid olduğu bildirilib.

Yaralılar Sur şəhərindəki xəstəxanalara aparılıb.

Atəşkəsə baxmayaraq, İsrailin Sur yaxınlığındakı Hanavay şəhərindəki bir səhiyyə mərkəzinə gecə saatlarında həyata keçirdiyi hava hücumunda 4 nəfər şəhid olub, 2 səhiyyə işçisi yaralanıb.

Beləliklə, dünən gecədən bəri İsrailin hücumlarında şəhid olanların sayı 6-ya çatıb.

GÜNÜN MANŞETLERİ

ABŞ-dan İranla danışıqlar barədə AÇIQLAMA
DÜNYA / SİYASƏT

ABŞ-dan İranla danışıqlar barədə AÇIQLAMA

5/22/2026 3:41:41 PM
İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

5/22/2026 2:37:59 PM
Sabah 28 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 28 dərəcə isti olacaq

5/22/2026 1:12:00 PM