Sionist İsrail Livanda yenidən mülki şəxsləri hədəfə alıb.
İslamazeri.com xəbər verir ki, İsrailin Livanın cənubundakı bir evə hava hücumu nəticəsində altı nəfər həlak olub, yeddi nəfər yaralanıb.
17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, sionist İsrail ordusu Livanın cənubuna hücumlarını davam etdirir.
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri gecə saatlarında Tir yaxınlığındakı Kafr Dunin şəhərindəki bir evi hədəfə alıb. Hücumda altı nəfər həlak olub, yeddi nəfər isə xəstəxanaya aparılıb.
İsrail döyüş təyyarələri həmçinin Tir yaxınlığındakı Sarife şəhərinə iki hava hücumu həyata keçirib.
Bu arada, İsrail dronları Litani çayı ətrafında intensiv uçuşlar həyata keçirib.
Sionist İsrail qüvvələri gecə saatlarında Mərcayun yaxınlığındakı Deyr Mimas şəhərindəki Hura-Ras əl-Halle ərazisinə sızıb.
Soyqırım törədən İsrail qüvvələri bütün şəhəri içməli su ilə təmin edən günəş enerjisi ilə işləyən su nasos stansiyasına partlayıcı maddələr yerləşdirib və səhər tezdən stansiyanı partladıb.