İsrail Livanın hava və dəniz sərhədlərini pozub

İsrail Livanın hava və dəniz sərhədlərini pozub
Yayınlanma tarixi: 1/10/2023 11:12:02 AM

Sərhəd pozuntuları ilə bağlı Livan ordusundan iki yazılı açıqlama verilib.

Livan ordusu İsrailin pilotsuz təyyarə və döyüş gəmisi ilə hava və dəniz sərhədlərini pozduğunu açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, sərhəd pozuntuları ilə bağlı Livan ordusundan iki yazılı açıqlama verilib.

İlk bəyanatda sionist rejimə məxsus pilotsuz uçuş aparatının ölkənin cənubundakı Ramiyə və Mərvahin qəsəbələri arasında 20 dəqiqəlik uçuş həyata keçirərək, daha sonra “işğal olunmuş ərazilər”ə geri döndüyü bildirilib.

İkinci açıqlamada ölkənin cənubundakı Ra's Nakura bölgəsindəki Livanın dəniz sərhədinin döyüş gəmisi tərəfindən pozulduğu açıqlanıb.

Açıqlamada hər iki pozuntunun Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) ilə koordinasiyalı şəkildə izləndiyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM