İsrail ordusunda həyəcanlı vəziyyət elan edilib

İsrail ordusunda həyəcanlı vəziyyət elan edilib
Yayınlanma tarixi: 1/27/2023 10:27:04 AM

İsrail telekanallarından biri olan Kanal 14 İsrail ordusunun Cenin düşərgəsində davam edən hadisələrə görə həyəcanlı vəziyyət elan etdiyini açıqlayıb.

İsrail mediası Cenin düşərgəsində davam edən hadisələrə görə İsrail ordusunun təşvişə düşdüyünü açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İsrail telekanallarından biri olan Kanal 14 İsrail ordusunun Cenin düşərgəsində davam edən hadisələrə görə həyəcanlı vəziyyət elan etdiyini açıqlayıb.

İşğalçı sionist qüvvələrin Cenin düşərgəsinə hücumu 9 fələstinlinin ölümü və çoxlu sayda fələstinlinin yaralanması ilə nəticələnib. Məlumatlara görə, bu basqınların məqsədi axtarışda olan müqavimətçilərdən birini həbs etmək olub.

Digər tərəfdən, Fələstin Müqavimət Qruplarından Cenin Briqadaları bu açıqlamalarla çıxış ediblər:

"Bu gün səhər Cenin düşərgəsinə hücum edən işğalçı sionist əsgərlər ağır silahlar və partlayıcılarla hədəfə alınıb və bu hücum çoxlu sayda sionisti yaralayıb".

Yerli mənbələr üsyançıların Cenin düşərgəsi üzərində sionist rejimin casus pilotsuz təyyarəsini vurmağa müvəffəq olduqlarını açıqlayıblar.

Səhər saatlarında Fələstin mənbələri İordan çayının qərb sahilindəki Cenin düşərgəsində müqavimət döyüşçüləri ilə işğalçı sionist qüvvələr arasında şiddətli toqquşmaların baş verdiyini və Saib İsam Mahmud Əzraki adlı 24 yaşlı fələstinli gəncin güllələnərək həyatını itirdiyini bildirib. Bu fələstinli gəncin ölümü ilə bu ilin əvvəlindən etibarən Cenin düşərgəsində ölənlərin sayı 14-ə çatıb.

GÜNÜN MANŞETLERİ

Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM
Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM