İsrail ordusu Qərbi Şəriyənin müxtəlif ərazilərinə basqın edərək bir sıra fələstinlini həbs edib.
İslamazeri.com xəbər verir ki, İsrail qüvvələri Qərbi Şəriyənin şimalındakı Tubas şəhərində bir evə basqın edərək bir nəfəri həbs edib.
İsrail qüvvələri həmçinin Ramallahın qərbindəki Birzeit və Kober yaşayış məntəqələrinə basqın edib.
İsrailin basqınları və hərbi hərəkətləri ilə yanaşı, bu işğalçı rejimin Qərbi Şəriyəyə qarşı yaşayış məntəqələrinin tikintisi sahəsindəki ekspansionist hərəkətləri davam edir.