İsrail Qəzza sakinlərini qətliam etməyə davam edir

İsrail Qəzza sakinlərini qətliam etməyə davam edir
Yayınlanma tarixi: 5/6/2026 4:00:01 PM

İsrail Qəzza sakinlərini qətliam etməyə davam edir.

İsrail, atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.

İslamazeri.com xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyi 2023-cü il 5 oktyabrdan bəri İsrail tərəfindən qətlə yetirilən dinc fələstinlilərin sayını açıqlayıb.

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 3 meyit və 11 yaralının gətirildiyi qeyd edilib.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bəri İsrailin hücumlarında günahsız 834 nəfərin öldürüldüyü, 2 min 365 nəfərin yaralandığı, dağıntılar altından isə 768 nəfərin cəsədinə çatıldığı bildirilib.

İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi insan itkisinin 72 min 615 nəfərə, yaralı sayının isə 172 min 468 nəfərə yüksəldiyi açıqlanıb.

Bundan başqa, 10 minə yaxın dinc qəzzalı da itkin düşüb.

Qeyd edək ki, İsrailin qətlə yetirdiyi dinc fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

GÜNÜN MANŞETLERİ