İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir

İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir
Yayınlanma tarixi: 4/13/2026 1:35:06 PM

İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir.

İslamazeri.com xəbər verir ki, bu gün səhər saatlarında Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlah şəhərinə İsrail işğalçı qüvvələrinin hücumu nəticəsində üç fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.

Yerli mənbələr bildirib ki, İsrail pilotsuz təyyarəsi Deyr əl-Bəlahın şərqindəki 14-cü nöqtə ətrafındakı Əl-Məzrə məktəbinin yaxınlığında bir qrup mülki şəxsi hədəf alıb.

Mənbələr ölən şəxsin 30 yaşlı Məhəmməd Həsən Əbu əl-Rusi, 24 yaşlı əl-Müntəsir Billah Bəşir və 23 yaşlı Məhəmməd Yunus əl-Adini olduğunu müəyyən ediblər.

Qeyd edilib ki, ötən il oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin pozuntuları hər gün davam edir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına görə, atəşkəs qüvvəyə mindikdən bəri pozuntular və hücumlar nəticəsində 750 fələstinli həlak olub, 2090 nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO
REGİON / TÜRKİYƏ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO

4/13/2026 2:17:37 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/13/2026 2:00:40 PM
Bakıda daha iki ərazidə yollar təmir edilib
ÖLKƏ / MÜXTƏLİF

Bakıda daha iki ərazidə yollar təmir edilib

4/13/2026 1:56:01 PM
İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir

4/13/2026 1:35:06 PM