İsrail qüvvələri daha iki fələstinli gənci yaralayıb

İsrail qüvvələri daha iki fələstinli gənci yaralayıb
Yayınlanma tarixi: 1/9/2023 4:30:09 PM

Hadisələr zamanı İsrail əsgərlərinin atəş açması nəticəsində iki fələstinli gənc yaralanıb.

Fələstinin səsi radiosunun xəbərinə görə, Tubasın şimalındakı Akkabe qəsəbəsinə basqın edən İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma baş verib.

İslamazeri.com xəbər verir ki, hadisələr zamanı İsrail əsgərlərinin atəş açması nəticəsində iki fələstinli gənc yaralanıb.

Sinəsindən yaralanan gənclərdən biri müalicə olunmaq üzrə Cenindəki İbn-i Sina xəstəxanasına cəlb olunub. Digər yaralı isə əvvəlcə İsrail əsgərləri tərəfindən saxlanılıb, daha sonra Cenin hərbi keçid məntəqəsində Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil verilib.

Fələstinin rəsmi xəbər agentliyi VAFA-nın xəbərinə görə İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif ərazilərində 10 fələstinlini nəzarətə götürüb.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM