İsrail qüvvələri daha iki fələstinlini güllələyərək öldürüb

İsrail qüvvələri daha iki fələstinlini güllələyərək öldürüb
Yayınlanma tarixi: 1.12.2022 12:39:56

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında iki fələstinlini güllələyərək öldürdüyü bildirilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

“Cenində İsrail əsgərləri tərəfindən vurulan bir fələstinli ölüb'',-deyə açıqlamada vurğulanıb.

Şahidlər İsrail qüvvələrinin Cenin şəhərinin Yabed qəsəbəsinə basqın edərək bir fələstinlinin evini mühasirəyə aldığını və evdəkilərə təslim olmaları ilə əlaqədar çağırış etdiyini bildirib.
İsrail əsgərlərinin evə basqın edərək bir fələstinlini saxladığını bildirən şahidlər İsrail əsgərlərinin basqına reaksiya verən fələstinlilərə həqiqi güllə və gözyaşardıcı qazla müdaxilə etdiyini qeyd edib.

İsrail əsgərləri ötən gün Ramallah şəhərində bir fələstinli yeniyetməni də öldürmüşdü.

İsrail əsgərləri müxtəlif bəhanələr irəli sürərək işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərinə vaxtaşırı basqınlar təşkil edir.
Qeyd edək ki, bu basqınlar nəticəsində 100-dən çox fələstinli həlak olub.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43