İsrail qüvvələri fələstinlilərin məktəbini dağıdıb

İsrail qüvvələri fələstinlilərin məktəbini dağıdıb
Yayınlanma tarixi: 24.11.2022 12:54:30

İsrail qüvvələri İordan çayının Qərb sahilində yerləşən əl-Xəlil şəhərindəki məktəbi dağıdıb.

İslamazeri.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə əl-Xəlildəki qeyri-hökumət təşkilatlarının (QHT) müdafiəsi komitəsinin koordinatoru Fuad əl-Amur məlumat verib.

O deyib ki, İsrail qüvvələri təhsil müəssisəsini “qeyri-qanuni tikili” olması bəhanəsi ilə uçurdub.

Əl-Amurun sözlərinə görə, İsrail qüvvələri ilk ölaraq həmin məktəbin bütün avadanlıqlarını müsadirə edib, daha sonra isə onu qeydedilən bəhanə ilə söküb.

O bildirib ki, sözügedən məktəbdə bədəvi fələstinlilərin uşaqları oxuyurdu, bina kərpicdən inşa edilmişdi.

GÜNÜN MANŞETLERİ