İsrail qüvvələri Nablus şəhərində fələstinli uşağı öldürüb

İsrail qüvvələri Nablus şəhərində fələstinli uşağı öldürüb
Yayınlanma tarixi: 24.11.2022 11:14:29

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 16 yaşlı fələstinli uşağı öldürüb.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, Nablus şəhərinə basqın zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində ürəyindən yaralanan Əhməd Əmcəd Şahade həyatını itirib.

Açıqlamada İsrail əsgərlərinin Nablus şəhərinə daxil olmasına mane olmağa çalışan fələstinlilərlə baş verən qarşıdurmada biri ağır olmaqla 5 fələstinlinin yaralandığı da qeyd olunub.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada işğal qüvvələrinin bölgədə yaralılara xidmət göstərən səhiyyə işçilərinə də atəş açdığı və maşınlardan birinin güllə ilə vurulduğu bildirilib.

Bölgədəki şahidlərin verdiyi məlumata görə, qeyri-qanuni yəhudi məskunlaşanların Nablus şəhərinin şərqində Yusuf Məqamı kimi tanınan məscidə basqını zamanı onları qorumaq məqsədilə böyük bir hərbi birləşmə buldozerlərlə şəhərə daxil olub.

Şəhərə yönəldimiş basqına etiraz edən fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurma zamanı işğalçı qüvvələr xalqa həqiqi güllələrlə atəş açıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub

1.12.2022 18:00:13
BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb
DÜNYA / İSLAM DÜNYASI

BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

1.12.2022 14:04:59
Müqəddəs Ərdəbilinin yuxusu
DİN

Müqəddəs Ərdəbilinin yuxusu

1.12.2022 13:26:44
İŞİD terror təşkilatının lideri məhv edilib
DÜNYA / İSLAM DÜNYASI

İŞİD terror təşkilatının lideri məhv edilib

1.12.2022 12:56:02