İsrail qüvvələri Nablusda daha 3 fələstinlini qətlə yetirib

İsrail qüvvələri Nablusda daha 3 fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 26.07.2023 10:30:56

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 3 fələstinlini öldürüb.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Nablusda İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinlinin öldüyü bildirilib.

Açıqlamada həyatını itirənlərin şəxsiyyətinin hələlik təsdiqlənmədiyi qeyd edilib.

Digər tərəfdən, İsrail ordusu yazılı açıqlamada sözügedən 3 nəfərin bölgədəki İsrail qüvvələrinə bir avtomobildən atəş açdığını iddia edib.

Açıqlamada İsrail əsgərlərinin cavab atəşi nəticəsində hücum edənlərin öldürüldüyü, onların silah və hərbi texnikasının ələ keçirildiyi bildirilib.

İsrail əsgərləri arasında ölən və yaralananların olmadığı bildirilir.

GÜNÜN MANŞETLERİ