İsrail qüvvələrinin Nablusa hücumu nəticəsində 37 fələstinli yaralanıb

İsrail qüvvələrinin Nablusa hücumu nəticəsində 37 fələstinli yaralanıb
Yayınlanma tarixi: 10/4/2022 12:14:50 PM

Fələstin Qızıl Aypara Cəmiyyəti sionist yəhudi mühacirlər və irqçi İsrail əsgərlərinin Nablus şəhərinə (İordan çayının qərb sahilinin şimalında) həyata keçirdikləri hücumlarda 37 fələstinlinin yaralandığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Nablusun cənubundakı Bita bölgəsində sionist əsgərlər fələstinli gənclərlə toqquşub, onlara qarşı canlı güllələr və eyni zamanda gözyaşardıcı qazdan istifadə ediblər.

Sionist mühacirlər də Nablusda fələstinlilərin maşınlarına daş atıblar.

Bəzi mənbələr dünənki hücumlarda onlarla fələstinlinin yaralandığını və iki fələstinlinin şəhid olduğunu bildirib.

Qeyd edilib ki, bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində vəziyyət çox fərqlidir və fələstinli döyüşçülər İsrail qüvvələrinin çoxsaylı cinayətlərinə hər cür cavab verirlər.

Fələstinin İordan çayının qərb sahilində və işğal altındakı Qüdsdə işğala qarşı inqilabı davam etdirən fələstinli üsyançılar və gənclər son 24 saat ərzində ümumilikdə 60 müqavimət aksiyası keçirib.

Fələstin İnformasiya Mərkəzinin əldə etdiyi məlumata görə, gənc qiyamçıların keçirdiyi müqavimət aksiyaları zamanı işğalçı əsgərlər və onların himayəsində olan yəhudi köçkünlərdən 3 nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM