İsraildə həbs edilən fələstinlilər edam ediləcək.
İslamazeri.com xəbər verir ki, İsrail parlamenti həbs edilən fələstinlilər üçün edam hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Məsələ müzakirə üçün Knessetin komitələrinə göndəriləcək, bundan sonra o, plenar iclasda ikinci və üçüncü oxunuşdan keçməlidir.
Bildirilir ki, bu hökm İsrail vətəndaşını öldürən fələstinlilərə şamil ediləcək.
İsrail baş nazirinin rəsmisi Qal Hirş bildirib ki, qanun layihəsi Benyamin Netanyahunun da razılığını alıb.
Məlumata əsasən, barələrində edam hökmü çıxarılmış fələstinlilər asılma yolu ilə edam ediləcəklər.
Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda dinc Fələstin xalqına qarşı hərbi cinayətlər, kütləvi qətliamlar və soyqırımı törədir, bölgə ən ağır şəkildə bombardmana məruz qalır, Qəzza hər tərəfdən blokada altında saxlanılır, İsrailin səbəb olduğu humanitar fəlakət aclıqla nəticələnmiş və çox sayda günahsız insanın ölümünə səbəb olub. İsrail ordusu onminlərlə uşaq və qadın da daxil olmaqla 70 mindən günahsız fələstinlini qətlə yetirib.