İsraildə siyasi gərginlik davam edir

İsraildə siyasi gərginlik davam edir
Yayınlanma tarixi: 1/16/2023 11:57:41 AM

"Ölkənin parçalanmasına gətirib çıxaracaq münaqişələr ilə üz-üzəyik"

İsrail prezidenti İsaak Hersoq “Twitter” hesabında paylaşdığı ictimaiyyətə müraciət videosunda ölkəsində cərəyan edən proseslərə toxunub.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, hökumətin məhkəmə sisteminin bəzi səlahiyyətlərinin Parlamentə ötürülməsi istiqamətində atdığı addımlara qarşı konkret mövqe tutmadığına dair tənqidlərə cavab verməyə çalışan Hersoq bildirib: “Ölkənin parçalanmasına gətirib çıxaracaq münaqişələr ilə üz-üzəyik. Ölkə daxilində və xaricdəki xalqımızın əksəriyyəti bu vəziyyətdən narahatdır. Mənə ünvanlanan tənqidlərə hörmətlə yanaşıram, lakin hazırda diqqətimi iki kritik məqama yönəldirəm. Konstitusiya böhranı və cəmiyyətin daha da parçalanmasının qarşısını almağa çalışıram”.

Qeyd edək ki, Benyamin Netanyahunun başçılıq etdiyi koalisiya hökumətinin ədliyyə orqanlarının bəzi səlahiyyətlərinin Parlamentə ötürülməsi istiqamətində atdığı addımlar, hökumətlə məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

GÜNÜN MANŞETLERİ

Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM
Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM