İsraildə təhlükəsizlik böhranı: 4 əsgər casusluq ittihamı ilə həbs olunub

İsraildə təhlükəsizlik böhranı: 4 əsgər casusluq ittihamı ilə həbs olunub
Yayınlanma tarixi: 4/7/2026 11:25:48 AM

İsraildə təhlükəsizlik böhranı: 4 əsgər casusluq ittihamı ilə həbs olunub.

İslamazeri.com xəbər verir ki, İsraildə İrana casusluq etmək və strateji əhəmiyyətli yerlərin fotoşəkillərini çəkmək ittihamı ilə dörd əsgərin saxlanıldığı bildirilir.

İsrail televiziya kanalı olan Kanal 15-in məlumatına görə, müharibə dövründə İrana casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunan nizami döyüş bölmələrində xidmət edən dörd əsgərin saxlanılması ilə bağlı yeni casusluq işi ortaya çıxıb.

Bəzi şübhəlilərin vəkillərlə görüşməsinə icazə verilmədiyi və bütün şübhəlilərin həbs müddətlərinin uzadıldığı bildirilib.

Qeyd edilib ki, İran kəşfiyyatı dörd əsgərdən strateji əhəmiyyətli yerlərin fotoşəkillərini çəkmək kimi müəyyən tapşırıqları yerinə yetirmələrini istəyib.

Bu hadisə İsrail təhlükəsizlik aparatına sızma və mülki sıralara nüfuz etmək cəhdlərinin açıq bir tendensiyasını göstərir və son günlərdə İranın casusluq təhdidlərinin kəskin artmasının əlaməti kimi şərh olunur.

GÜNÜN MANŞETLERİ