İsraildən etiraf: İki əsgərimiz Livanın cənubunda yaralanıb

İsraildən etiraf: İki əsgərimiz Livanın cənubunda yaralanıb
Yayınlanma tarixi: 5/7/2026 10:49:01 AM

İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz təyyarəsinin hücumunda iki əsgərinin yaralandığını etiraf edib.

İslamazeri.com xəbər verir ki, Hizbullahın pilotsuz təyyarəsinin hücumunda iki İsrail əsgərinin yaralandığı bildirilir.

İşğal ordusunun açıqlamasında iki yaralı əsgərin yeri göstərilməyib.

Bu arada, İsrailin Səhiyyə Nazirliyi dünən daha 13 yaralı əsgərin xəstəxanalara aparıldığını açıqladı. Fevralın sonlarında Təl-Əviv hücumunun başlamasından bəri yaralı sionistlərin sayı 8604-ə çatıb.

İranla atəşkəsdən sonra şimal cəbhəsində yaralanan sionistlərin və Hizbullahla toqquşmalarda yaralananların sayı 703-ə çatıb.

Tel-Əviv rejimi aldığı zərbələri gizlətmək üçün geniş senzura tətbiq edir.

GÜNÜN MANŞETLERİ