İsrailin hücumu nəticəsində daha 3 fələstinli həyatını itirib

İsrailin hücumu nəticəsində daha 3 fələstinli həyatını itirib
Yayınlanma tarixi: 22.05.2023 15:53:50

İsrailin hücumu nəticəsində daha 3 fələstinli həyatını itirib.

İsrail qüvvələri Nablusun şərqindəki Balata Qaçqınlar Düşərgəsinə hücum təşkil edib.

İslamazeri.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İsrail qüvvələri axşam radələrində buldozerlər və hərbi maşınların müşayiəti ilə düşərgəyə basqın edib. Hücum zamanı 3 Fələstinli həyatını itirib, 1-i ağır olmaqla 3 fələstinli də yaralanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, hücum zamanı ölənlərin Muhammed Bilal Zeytun, Fəthi Ebu Rızk və Abdullah Ebu Hamdan olduğu bildirilib.

GÜNÜN MANŞETLERİ